Azərbaycan Mərkəzi Bankı (AMB) Azərbaycan Sənaye Bankı ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verib.
AMB-dən BUTA.TV-a verilən məlumata görə, bu addım məcmu halda likvidliyin örtülmə əmsalının düzgün hesablanmaması nəticəsində fevralın sonuna AMB-yə təqdim edilmiş hesabatda qurumun "Banklarda likvidlik riskinin idarə edilməsi Qaydası”nın 7.2-ci bəndi ilə müəyyən edilmiş həddən yuxarı saxlanması tələbi təmin edilmədiyinə görə “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutularaq atılıb.
Sözügedən pozuntu bankın maliyyə dayanıqlığı üçün təhdid yaratmır.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət