Hazırda müxtəlif dairələrdə Ermənistanın tədricən ukraynalaşdırılması ssenarisi müzakirə olunur.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq, tarixçi Sergey Panteleyev deyib.
O, Ermənistanda Rusiya verilişlərinin bloklanmasının anti-Rusiya təbliğatının nəticəsi olduğunu bildirib:
“İrəvanda olarkən Ermənistan-Rusiya münasibətlərinin mediada işıqlandırılması məsələsinin necə deqradasiyaya uğradığını müşahidə etdim. Hazırda erməni mətbuatında yayımlanan bir sıra verilişlərdə Rusiyanın Ermənistanda hərbi mövcudluğunun arzuolunmaz hesab edilməsi vurğulanır”.
Politoloq Ermənistanla bağlı “ikinci Ukrayna” ssenarisi fikirlərini şərh edib:
“Bu gün Ermənistan üçün Moldova ssenarisinin təkrarlandığına dair iddialar səsləndirilir. Lakin ən dəhşətlisi odur ki, hazırda Ermənistanın tədricən ukraynalaşdırılması ssenarisi daha aktiv şəkildə müzakirə olunur. İstər Rusiya Federasiyasında, istərsə də Ermənistan Respublikasında bütün qüvvələr bunun qarşısını almağın yollarını axtarmalıdır”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət