Dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsi onun 20-ci əsrin əvvəllərində təhsil aldığı Sankt-Peterburqda ucaldılacaq.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Bakıda rəsmi səfərdə olan Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşündə deyib.
"Biz Sankt-Peterburqda Üzeyir Hacıbəylinin abidəsinin ucaldılması üzərində işləyirik. Abidənin təntənəli açılışı 2025-ci ilin sentyabrında, onun anadan olmasının 140 illiyində baş tutacaq", - qubernator bildirib.
Abidənin müəllifi heykəltəraş, Rusiya Rəssamlıq Akademiyası və Florensiya İncəsənət Akademiyasının akademiki Aydın Zeynalovdur.
Qeyd edək ki, Üzeyir Hacıbəyli (1885-1948) 1913-cü ildə Sankt-Peterburq Konservatoriyasında təhsil alıb. Bu müddətdə o, “Arşın mal alan” musiqili komediyasını yazıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət