Qarabağdan 2 nəfər Ermənistana köçürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi, neytral humanitar təşkilat olaraq 29 mart tarixində, 2 nəfərin öz xahişi və aidiyyəti qurumların razılığı ilə Qarabağdan Ermənistana köçürülməsinə dəstək verib.
Xatırladaq ki, bundan öncə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan Azərbaycanın Qarabağ iqtisadi rayonundan Ermənistana köçürülən Sərkis Qalstyanın casusluqda ittiham olunaraq, həbs edildiyini açıqlamışdı.
Qeyd edək ki, Qalstyan Xankəndidə yaşayırdı.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət