Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
BUTA.TV xəbər verir ki, günün yeganə oyununda “Zirə” və “Qəbələ” komandaları üz-üzə gəliblər. Zirə Olimpiya İdman Kompleksinin stadionunda keçirilən matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində 51-ci dəqiqədə Salifu Suma və 66-cı dəqiqədə Rafael Utziq fərqlənib. Matçın yekun nəticəsini 90-cı dəqiqədə Fares Abu Akel müəyyənləşdirib.
Yarımfinalın ötən gün baş tutan görüşündə “Qarabağ” səfərdə “Neftçi”nin qapısından 4 cavabsız top keçirib.
Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 24-də oynanılacaq.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət