Britaniya və İrlandiya üzərindəki “Ketlin” qasırğa şənbə günü hava limanlarında işlərin dayanmasına, reyslərin təxirə salınmasına səbəb olub, minlərlə britaniyalı işıqsız qalıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, qasırğa İrlandiya və Britaniya aeroportlarında, xüsusilə Belfast və Mançesterdə aviaəlaqənin kəsilməsinə səbəb olub.
Şotlandiyada dəmir yolu və bərə xidmətləri də qasırğa səbəbindən dayandırılıb.
Bildirilib ki, qasırğa ilə əlaqədar bütün İrlandiyada elektrik enerjinini verilişi dayandırılıb. Nəticədə 34 minə yaxın ev, ferma və digər obyektlər işıqsız qalıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət