2023-cü ildə Azərbaycandan Rusiyaya 74 milyon 184 min ABŞ dolları pul köçürülüb.
BUTA.TV Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 21,9 % azdır.
Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələrinin ümumi köçürmələrdə payı 13,6 %-dan 13,5 %-ə düşüb.
Ötən il Rusiyadan Azərbaycana isə 1 milyard 47 milyon 523 min ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 2,8 dəfə azdır.
İl ərzində Rusiyadan Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 82 %-dən 63,3 %-ə düşüb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət