Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətinin Çuqev şəhəri yaxınlığındakı hədəflərə endirdiyi zərbələr nəticəsində azı yüz silahlı öldürülüb.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.
Onların fikrincə, Ukrayna Dövlət Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov dağıdılmış poliqonda ola bilər.
Zərbə aprelin 15-də “İsgəndər” raketləri ilə endirilib. Rusiyayönlü KİV hərbi obyektin ərazisində irimiqyaslı yanğınlar, eləcə də təcili yardım maşınlarının karvanları barədə məlumat verib. Yerli hakimiyyət sakinləri qan verməyə çağırıb.
“Military Affairs” xəbər verir ki, Çuqev bölgəsində “çox vacib bir şəxsin” vurulması ilə əlaqədar Ukrayna teleqram kanallarında çaxnaşma yaranıb. Budanovun, eləcə də Ukrayna Silahlı Qüvvələrinin digər yüksək rütbəli zabitlərinin öldüyü bildirilir. Bəzi kanallar xəbər verir ki, ölən Budanov deyil, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski olub. Hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət