Rusiyada rüşvətə görə saxlanılan müdafiə nazirinin müavini Timur İvanovun keçmiş arvadı da yoxa çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, doğmaları Timur İvanovun 50 yaşlı keçmiş arvadı Svetlana Zaxarova ilə əlaqə yarada bilmir. Onun keçmiş əri ilə birlikdə saxlanıla biləcəyi ilə bağlı məlumatlar yayılıb.
Rusiya mətbuatı yazır ki, Svetlana keçmiş qayınatası Vadim İvanovla “Kristall Development” şirkətinə rəhbərlik edir. Bundan başqa, xanım Zaxarova reklam xidmətləri göstərən “Şəxsi texnologiyalar” MMC-nin də rəhbəridir.
Qeyd edək ki, dünən Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət