Mayın 4-ü saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qəbələ, İsmayıllı, Zaqatala, Şəki, Qax, Xaltan, Qrız, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Astaraya yağış, Şahdağa sulu qar yağıb.
Şərura saat 13:55-14:15 radələrində dimateri 1 mm olan dolu düşüb.
Daşkəsən, Göygöl, Şəki, Qax, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18-22, Naxçıvan MR-da və Aran rayonlarında 22, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır