İsrail ordusu “İslami Cihad” təşkilatının Qəzza zolağının Rəfah şəhərindəki bölmələrinə cavabdeh olan komandirlərindən birini məhv edib.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “İslami Cihad” strukturunun yüksək rütbəli döyüşçüsü, “Rəfah” briqadasına komandirlik edən Ayman Zaarab səhər saatlarında İsrail qırıcılarının endirdiyi zərbələr nəticəsində daha iki döyüşçü ilə birlikdə öldürülüb.
Qeyd edilir ki, Zaarab 2023-cü il oktyabrın 7-də fələstinli radikalların İsrailə hücumu zamanı “İslami Cihad”ın xüsusi qüvvələrinə komandanlıq edib.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır