Bir müddət əvvəl Dövlət Komissiyası tərəfindən nəşi tapılan şəhidlərdən biri də Qəbələnin Qəmərvan kənd sakini Asim Nadir oğlu Səfərovdur.
BUTA.TV xəbər verir ki, bu gün saat 16:00 radələrində şəhidin nəşi 30 ildən sonra doğulduğu kəndə, ata yurduna gətirilib.
Şəhidlə ata yurdunda vida mərasimi keçirildikdən sonra nəşi kənd qəbiristanlığına gətirilib. Burada şəhid üçün cənazə namazı qılınıb və dəfn edilib. Dəfn mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də Qəbələ Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin böyük qardaşı Aqil Səfərov bildirib ki, ailədə beş qardaş, iki bacı olublar. Asim 18 yaşı tamam olan kimi hərbi xidmətə yola salınıb. O, cəmi dörd ay xidmət edəndən sonra Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində itkin düşüb. 30 il müddətində ailə üzvləri qardaşlarını axtarmaq, onun izinə düşmək üçün bildikləri bütün vasitələrdən istifadə etməyə çalışıblar.
Aqil Səfərov bütün ailə üzvləri adından Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə minnətdarlıq edib.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Asim Səfərov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbər” qəbiristanlığında naməlum şəhid kimi basdırılmışdı.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət