Slovakiya Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
BUTA.TV xəbər verir ki, XİN Azərbaycan Prezidentinin Slovakiya Baş naziri Robert Fitsoya silahlı hücumu pislədiyi paylaşıma cavab verərək bu dəstəyi yüksək qiymətləndirib.
"Cənab Prezident, şəfqət dolu sözlərinizə və dəstəyinizə görə təşəkkür edirik",-paylaşımda bildirilib.
Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün Slovakiyanın Baş naziri Robert Fitsoya silahlı hücumla bağlı “X” səhifəsində paylaşım edib.
“Baş nazir Robert Fitsoya qarşı sui-qəsd cəhdi məni dərindən sarsıtdı. Mən bu hücumu qəti şəkildə pisləyirəm. Baş nazir Robert Fitsonun, onun ailəsinin və slovak xalqının yanındayıq. Ona tezliklə şəfa tapmasını arzulayıram”, dövlət başçısı qeyd edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət