İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian eyni helikopterdə uçmamalı idi.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə İran mediası təhlükəsizlik orqanlarındakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, H.Ə.Abdullahian, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti və İranın ali dini liderinin Təbriz üzrə nümayəndəsi Məhəmmədəli Al-Haşiminin başqa helikopterlə səyahəti planlaşdırılıb, lakin son anda hamısı bir helikopterə mindirilib.
Mənbə bildirir ki, əvvəlki pilotlar İslam İnqilabı Keşikçiləri Korpusundan (SEPAH) seçildiyi halda, bu dəfə uçuş heyəti ordudan olub.
Qəzadan əvvəl helikopterə üç fərqli izləmə cihazı quraşdırılıb. Rəisini daşıyan avtomobildə standart GPRS və transponderlə yanaşı, 72 saat fasiləsiz siqnal ötürən xüsusi sistem olub.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət