Milli Məclisdə bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsi təklif edilib.
BUTA.TV xəbər verir ki, bu təkliflə Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib.
O, işləməyən və ya sığorta məbləği az olan vətəndaşlara dəfn müavinətinin verilməsini təklif edib.
“Bunun üçün böyük məbləğ lazım deyil. Belə ki, bu müavinətin ödənilməsi üçün 10-12 milyon manat gərəklidir. Sahil bəy, bunu nəzərdə saxlasanız, çox yaxşı olar”,- deyə Komitə sədri bildirib.
Deputat əlavə edib ki, bununla bağlı komitə adından da aidiyyəti üzrə məktublar göndəriləcək.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət