Hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində Ukraynaya məxsus Neptun-MD raketini və 2 pilotsuz uçuş aparatını vurub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İyunun 9-da, Moskva vaxtı ilə saat 09:30-dan 10:30-a qədər Kiyev rejimi tərəfindən Neptun-MD idarəolunan raket və PUA-lardan istifadə edilməklə Rusiya Federasiyasının ərazisindəki hədəflərə terror hücumu həyata keçirmək cəhdi olub. “Neptun” raketi və iki PUA Belqorod vilayətinin üzərində məhv edilib”, - məlumatda bildirilib.
Regionun qubernatoru Vyaçeslav Qladkov bir fərdi ev, iki avtomovil və bir binaya ziyan dəydiyini açıqlayıb.
Qeyd edək ki, bundan öncə Qladkov Ukraynanın son sutkada kütləvi hücumu haqqında məlumat yaymışdı.
- “Şevrolet”lə avtoşluq edən sürücü həbs olundu - Video
- Azərbaycanın ən təhsilli və ən təhsilsiz rayonları
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq