ABŞ-da hökm sürən anomal istilər həftə sonuna qədər 270 milyon insanı əhatə edəcək.
BUTA.TV xəbər verir ki, çərşənbə axşamından cümə gününə kimi ABŞ-ın Mərkəzi Qərb və Şimali-Şərq bölgələrində istiliyin ən yüksək həddə çatacağı proqnoz edilir.
ABŞ Milli Meteoroloji Xidmətinin yaydığı məlumata əsasən, bu, son onilliklərdə ən uzun davam edəcək anomal istilər olacaq. Bildirilib ki, 32 dərəcə və daha yüksək rekord istilər ABŞ-ın 200-ə yaxın şəhərini əhatə edəcək.
Sinoptiklər bu cür havanın adətən iyulun ortalarında qeydə alındığını açıqlayıblar.
Mütəxəssislər anomal istilərin daha da şiddətlənəcəyi xəbərdarlığını ediblər.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət