Bəlkə harada nahar edəcəyimizi sizdən soruşmalıyıq, cənab Borrell?
BUTA.TV xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban Şuşaya səfərinə AB baş diplomatı Borrellin reaksiyasına cavab olaraq deyib.
“Türk Dövlətləri Təşkilatında görüşmək Macarıstanın strateji maraqlarına uyğundur. Çünki belə hallar bizim üçün unikal imkandır. Harada nahar edəcəyimizə və ya kiminlə görüşəcəyimizə qərar vermək üçün sizdən icazə istəmirik”, - Orban bildirib.
Qeyd edək ki, Borrell Orbanın Şuşaya səfəri, TDT sammitində iştirakı və burada ŞKTC-nin liderinin olmasından “narahatlığını” ifadə edib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət