Avropa çempionatının yarımfinal mərhələsində İspaniyaya (1:2) məğlub olaraq mübarizəni dayandıran Fransa millisinin baş məşqçisi Didye Deşamla bağlı qərar verilib.
BUTA.TV xəbər verir ki, 56 yaşlı mütəxəssis yığmadakı işinə davam edəcək. Bu barədə Fransa Futbol Federasiyasının prezidenti Filip Diallo məlumat verib. Federasiya rəhbəri yığmanın çıxışı ilə bağlı gələcək günlərdə iclas keçirəcəklərini bildirib.
Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. Komanda onun başçılığı altında 2018-ci ildə dünya çempiontının qalibi olub. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət