Bütün Rusiya-İran layihələrinin və əldə olunmuş razılaşmaların həyata keçirilməsini davam etdirmək niyyətindəyik.
BUTA.TV xəbər verir ki, bunu İran Məclisinin (parlamentin) sədri Məhəmməd Bagir Qalibaf Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.
"Sizi, eləcə də rusiyalı həmkarlarımı əmin etmək istərdim ki, həm İran parlamenti, həm də İranın yeni hökuməti Rusiya Federasiyası ilə əməkdaşlığı eyni templə inkişaf etdirmək niyyətindədir. Bu gün biz hamımız Rusiya ilə razılaşdığımız hər şeyi həyata keçirmək əzmindəyik", - deyə o bildirib.
Qeyd edək ki, Putin BRİKS Parlament Forumu çərçivəsində İran parlamentinin spikeri ilə görüşüb.
Görüşdə Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko və Dövlət Dumasının sədri Vyaçeslav Volodin də iştirak ediblər.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır