Məsud Pezeşkianın başçılıq etdiyi 14-cü hökumətin Təhsil Nazirliyinin Siyasət Komitəsinin üzvlərinin adları açıqlanıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Komitəsinin üzvləri arasında bundan əvvəl məktəbəqədərki dövrdə uşaqların farscanı məcburi öyrənmələri üçün hazırlanan layihənin müəllifi və icraçılarından olan Rizvan Həkimzadənin də adı var.
Rizvan Həkimzadə və onun əməkdaşlarının bundan əvvəl hazırlayıb və icrasına başladıqları layihə qeyri-fars uşaqların ana dillərini unutdurmağa hesablanıb.
Layihəyə görə, uşaqlar 4 yaşından fars dilini öyrənməli və məktəbə daxil olmaq üçün bu dildən imtahan verməlidir. 4 yaşında fars dilini yaxşı mənimsəyə bilməyən uşaqlar isə xüsusi təlim mərkəzlərinə göndərilməlidirlər.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət