Qərb Rusiya ilə danışıqlar üçün yeni imkanları araşdırır.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının iclasları çərçivəsində Ukrayna böhranının həlli üçün danışıqların təşkili ilə bağlı yeni imkanları araşdırır:
“Bu gün Sergey Lavrovla görüşən təkcə dünya çoxluğunun nümayəndələri deyil, nəinki Küveyt, Bəhreyn, İran, Macarıstan, həm də İsveçrə XİN rəhbəridir. Görüş İveçrə tərəfinin istəyi ilə baş tutub. Bu da sualın cavabı. Onlar, sözsüz ki, yeni imkanlar axtarır”.
O əlavə edib ki, Qərb Rusiyanı danışıqları pozmaqda ittiham edib, öz formatlarını təşkil edir, lakin bunun nəticə vermədiyini başa düşüb:
“Zelenskinin “sülh formulu” heç bir yerdə irəliləməyəcək. Bu, sülh formulu deyil. Onu dəstəkləmək üçün edilən hər şey - konfranslar, sammitlər, forumlar - tamamilə dalana dirəndi”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət