Bakıda məşhur restoranda yeyib-içən 7 nəfər dava saldıqladına görə saxlanılıb. Qaynarinfo-nun məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində yerləşən "Gilavar" restoranında baş verib.
7 dost avqust ayının 3-də "Gilavar" restoranında yeyib-içiblər. Dostlar həddindən artıq spirtli içki qəbul etdikdən sonra özlərini idarə edə bilməyərək səs-küy yaradıblar. Nəticədə onlar məcburi restorandan çölə çıxarılıb. Evə getmək istəyərkən polis tərəfindən dostlardan 4-ü - Rəşad, Fərrux, Elşən və Rüstəm adlı şəxslər saxlanılıb.
Məhkəmənin qərarı ilə 1982-ci ildə Cəlilabad rayonunun Sabirabad kəndində anadan olmuş Rəşad İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri təqsirli bilinərək, 20 gün müddətinə inzibati qaydada həbs olub. Dostlardan daha biri barəsində həbs qərarı verilib. 1982-ci ildə Goranboy rayonunun Səmədabad kəndində anadan olmuş digər şəxs isə cərimələnib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət