Banqladeş prezidenti Şahabuddin Çuppu Baş nazir Şeyx Hasinanın istefasından və ölkədən qaçmasından sonra müvəqqəti hökumət qurmaq üçün parlamenti buraxıb.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Prezidentin ordu rəhbərliyi, müxtəlif siyasi partiyaların rəhbərləri, vətəndaş cəmiyyəti nümayəndələri və tələbə hərəkatının liderləri ilə görüşündən sonra qəbul edilən qərara əsasən, milli parlament buraxılıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, etiraz edən tələbə liderləri tələbə hərəkatının yaratdığı hökumətdən başqa heç bir hökuməti qəbul etməyəcəklərini bildiriblər. Nobel laureatı Məhəmməd Yunusun keçid hökumətində aparıcı rol oynayacağı gözlənilir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət