Bakı şəhərinin mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb qeyri-adekvat "şou" göstərən sərnişin ətrafdakı insanların narahatlığına səbəb olub.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, şəhərin mərkəzində "Ford Tranzit" markalı 07 BH 637 dövlət nömrə nişanlı mikroavtobusda hərəkət zamanı sərnişin nəqliyyat vasitəsinin qapısını açaraq əlindəki "silah"ı sağa-sola tuşlayıb. Onun hansı səbəbdən belə bir hərəkət etdiyi və əlindəki "silah"ın həqiqi, yaxud oyuncaq olduğu məlum deyil.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət