Asiyanın ən varlı adamı Mukeş Ambaninin oğlu Anant Ambani və həyat yoldaşı Radhika Merçant bal ayını Mərkəzi Amerikanın cənnəti sayılan Kosta-Rikada keçirir.
Kult.az xəbər verir ki, bu barədə “Tiko Tayms” məlumat yayıb.
Bildirilib ki, onlar avqustun 1-də Kosta-Rikaya gəlib və “Four Seasons” kurortunda yerləşən “Casa Las Olas”da gecəsi 30 000 dollara qalırlar. Toydan əvvəl iki möhtəşəm tədbirdən və “əsrin toyu” adlanan 600 milyon dollarlıq toydan sonra yeni cütlük mənzərəli Quanakaste bölgəsində dincəlir.
Bu eksklüziv kurort dəbdəbəli şəraiti və heyrətamiz ətrafı ilə tanınır. Altı yataq otağı olan “Casa Las Olas” iqamətgahında ən müasir media otağı, idman zalı, geniş açıq yaşayış sahəsi var. Diqqət mərkəzində olan isə 30 metrlik hovuzdur.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət