“BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik.
Bu barədə BUTA.TV-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən saytımıza verilən açıqlamada da problemin “texniki” olduğu vurğulanıb. Lakin nazirlik nasazlığın nə zaman həll olunacağını açıqlamayıb.
Qeyd edək ki, bir neçə gündür “BakıKart”ın mobil tətbiqində problemlər yaranıb. İstifadəçilər hələ də bank kartlarından “BakıKart”a pul yükləyə bilmir.
Bu gün isə bəlli oldu ki, “BakıKart”ın rəhbəri dəyişib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət