Ukrayna ordusunun Kursk vilayətində əməliyyatının mümkün olmasının səbəblərindən biri Rusiyanın Ukraynanı lazımınca qiymətləndirməməsidir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında bildirilib.
“2022-ci ilin payızından Kreml və Rusiya hərbi komandanlığı Ukraynanın şimal-şərqi ilə sərhədə “yatmış” cəbhə kimi baxıb və çox güman ki, öz ərazisini qorumaq üçün kifayət qədər tədbirlər görməyib. Əgər Rusiya Ukraynanın hücumuna qarşı özünü müdafiə etməyi planlaşdırsaydı, onlar tez bir zamanda daha vahid və aydın struktur yaradardılar.
Bu hücum çox güman ki, Kremlin sərhəddə Ukraynanın daha hansı növ əməliyyatlarının mümkün olduğuna dair anlayışını genişləndirəcək və Putin və Kremlin strateji uğursuzluqdan əziyyət çəkdiyini ortaya qoyacaq”, - hesabatda qeyd olunub.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət