HƏMAS Siyasi Bürosunun mərhum rəhbəri İsmayıl Haniyənin böyük oğlu Əbdül Salam Haniyə atasının Tehranda necə öldürüldüyü ilə bağlı yeni məlumatları açıqlayıb.
BUTA.TV xəbər verir ki, Dohada mediaya açıqlamasında Əbdül Salam atasının cib telefonu izləndikdən sonra raketlərin hədəfinə çevrildiyini təsdiqləyib.
Onun sözlərinə görə, atası gecə mobil telefonunu yatağının yanına qoyub, telefonu izləndiyi üçün idarəolunan raketlə də dəqiq zərbə endirilib.
O, bəzi KİV-lərin Haniyənin qaldığı iqamətgaha əvvəlcədən bomba qoyulması ilə bağlı yaydığı iddiaları təkzib edib.
Əbdül Salam atasının həmin gün cib telefonundan davamlı olaraq zəng etdiyini, hətta öldüyü gecə yerli vaxtla saat 22:15-də də telefondan istifadə etdiyini vurğulayıb.
Qeyd edək ki, İsmayıl Haniyə 31 iyulda Tehranda yerləşdiyi iqamətgaha endirilən raket zərbəsi nəticəsində öldürülüb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət