Qobustanda avtomobil dəmir məhəccərlərə çırpılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BUTA.TV-a bildirilib ki, avqustun 17-də saat 14 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Mersedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir məhəccərlərə çırpılıb.
Hadisə nəticəsində sürücü Radim Heydərov xəsarət alıb, nəqliyyat vasitəsindəki sərnişin, 1980-ci il təvəllüdlü Bəhruz Niyaz oğlu Xəlilov aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət