Rusiya Prezidenti Vladimir Putinin Amerika seçkiləri ilə bağlı sözləri ABŞ administrasiyasının xoşuna gəlməyib.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin sözçüsü Con Kirbi deyib.
“Birləşmiş Ştatların növbəti prezidentinin kim olacağını müəyyən etməli olan yeganə insanlar Amerika xalqıdır. Əgər cənab Putin, birincisi, seçkilərimiz haqqında danışmağı dayandırsa, ikincisi, onlara müdaxiləni dayandırsa, biz çox minnətdar olardıq”, - Kirbi bildirib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-da keçirilən prezident seçkilərində Moskvanın favoritinin ölkənin hazırkı lideri Co Bayden olduğunu bildirib, lakin onun seçki yarışından geri çəkilməsindən sonra Kreml onun varisi, vitse-prezident Kamala Harrisi dəstəkləyəcəyini açıqlayıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət