Ermənistan Avropa Şurasının “Ukraynaya qarşı təcavüzlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin ( BCM) təhqiqatı”na dəstək haqqında bəyannaməsini imzalamayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan XİN sözçüsü Ani Badalyan məlumat yayıb.
Badalyan bildirib ki, Ermənistan əvvəldən də bəyannaməyə qoşulmayıb.
Qeyd edək ki, “Lenta.ru”saytı Ermənistanın bəyannaməni əvvəlcə imzaladığını, sonra isə imzasını geri götürdüyünü yazmışdı.
Xatırladaq ki, Avropa Şurasının ədliyyə nazirləri Litvada keçirilən “Ukraynada törədilən beynəlxalq cinayətlərə görə məsuliyyətə doğru” qeyri-rəsmi konfransda bəyannamə qəbul ediblər.
Keçmiş SSRİ ölkələri arasında bəyannaməni Latviya, Litva, Estoniya, Gürcüstan və Moldova dəstəkləyib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət