Fransanın paytaxtı Paris şəhərində Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.
BUTA.TV xəbər verir ki, “Stad de Frans” stadionunda təşkil edilən tədbirdə səhnəyə əvvəlcə iştirakçı ölkələrin nümayəndə heyətləri daxil olublar.
Ölkələrin rəsmi paradında Azərbaycan Bayrağını Olimpiadanın qızıl mükafatçıları olan paraatletlər Lamiyə Vəliyeva və Səid Nəcəfzadə dalğalandırıblar.
Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır