Almaniyanın Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarəsi Rusiya Baş Kəşfiyyat İdarəsini kibercinayətkarlarla əlaqədə günahlandırıb.
BUTA.TV xəbər verir ki, bu barədə idarənin kibertəhlükəsizlik üzrə hesabatında qeyd olunub.
Agentlik hesabatı Federal Təhqiqatlar Bürosu (FTB), ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CİSA), Milli Təhlükəsizlik Agentliyi (NSA) və digər beynəlxalq tərəfdaşlarla birgə hazırlayıb.
Hesabatda iddia edilir ki, Baş Kəşfiyyat İdarəsinin tərkibində kibertəhlükələrə cavabdeh olan “29155 bölmə” yaradılıb.
Məlumata görə, bölmə casusluq, təxribat və nüfuza xələl gətirməklə məşğuldur. Hesabatda bu bölmənin istifadə etdiyi taktika və üsullara da yer verilib.
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət
- Onların kabusu olacaq - Səsdən tanıyır