Ukrayna Rusiya ilə qaz və neft tranziti üzrə mövcud sazişin yenilənməsi və ya uzadılması ilə bağlı danışıqlara getməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal mətbuat konfransı zamanı bildirib.
“Bizim assosiasiya sazişimizdə Ukraynanın Avropa ölkələrini müvafiq olaraq qaz və neftlə təmin etmək öhdəliyi var, biz assosiativ sazişimizi yerinə yetirməyə hazırıq, lakin biz Rusiya ilə əməkdaşlığa hazır deyilik və etməyəcəyik. Məndə başqa təfərrüat yoxdur, danışıqlarda iştirak etmirəm”, - Şmıqal bildirib.
O qeyd edib ki, bu gün Rusiya qazının tranzitinin uzadılması ilə bağlı rəsmi danışıqlar aparılmır, lakin ola bilsin ki, digər potensial qaz təchizatçıları ilə Avropa ölkələrinin liderləri səviyyəsində danışıqlar gedir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət