Kəlbəcərdə ölümlə nəticələnən yol qəzası baş verib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvəllüdlü N. Qasımov “Hovo” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini dərəyə aşırıb. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişin, Daşkəsən rayon sakini, 1992-ci il təvəllüdlü İ. Qasımov isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır