Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı ambisiyaları qəbuledilməzdir.
BUTA.TV xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Mələki deyib.
“Bu yaxınlarda Rusiya rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı iddia irəli sürüblər və bu məsələ İran xalqı və parlament üçün qəbuledilməzdir, ona görə də Xarici İşlər Nazirliyi bu münasibətlə Rusiyaya ciddi xəbərdarlıq etməlidir”, - Məliki parlamentin iclasında bildirib.
O xatırladıb ki, İran Ukrayna müharibəsində Rusiyanın tərəfində olmaqda ittiham olunur, ruslar isə İranın üç adasını (Böyük və Kiçik Tunb və Əbu Musa – red.) Birləşmiş Ərəb Əmirliklərinə aid hesab edir və Zəngəzur dəhlizi ilə bağlı iddialar irəli sürürlər.
Məlaki həmçinin vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışır və bu, İran üçün də qəbuledilməzdir.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət