Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından vacibdir.
BUTA.TV “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Bakı Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
O bildirib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağı azad edib:
“İndi orada bərpa-yenidənqurma işləri görülür”.
İ.Kalın vurğulayıb ki, bu sülh həm də Zəngəzur dəhlizinin açılmasını təmin edəcək:
“Nəticədə region dövlətləri Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa marşrutu vasitəsilə bir-biri ilə bağlanacaq”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət