Göygöl rayonunda toyda döyülərək ağır xəsarət alan şəxs xəstəxanada ölüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bir neçə gün öncə Göygöl rayonunda keçirilən toy mərasimində döyülərək ağır xəsarətlər alan 1987-ci il təvəllüdlü Elbəyi Nəbiyev xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Göygöl rayon ərazisindəki şadlıq saraylarının birində Ağstafa rayon sakini 1987-ci il təvəllüdlü E. Nəbiyev xuliqanlıq zəmnində döyülərək xəstəxanaya yerləşdirilmişdi.
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, rayon sakink R. Cəlilov saxlanılaraq istintaqa təhvil verilib. Hadisənin musiqi sifarişi üstündə baş verməsi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət