Ermənistanın paytaxtında İranın xaricdəki ilk və ən böyük ticarət mərkəzinin açılışı olub.
BUTA.TV Oxu.az-a istinadla verdiyi məlumata görə, qırmızı lenti İranın Ermənistanda səfiri Mehdi Sübhani və Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan kəsib.
Bundan əvvəl xəbər verilmişdi ki, ticarət mərkəzinin açılış mərasiminə İranın sənaye, mədən və ticarət naziri, həmçinin sahibkarlar və ən böyük sənaye mərkəzlərinin rəhbərləri gələcəklər.
O da vurğulanır ki, İranın İnkişaf və Ticarət Təşkilatının dəstəyi ilə yaradılan ticarət mərkəzinin sahəsi 18 min kvadratmetrdən çoxdur.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət