Ölkəmizə qarşı ədalətsiz qərarları ilə seçilən və Azərbaycan nümayəndə heyətinin qurumda iştirakını məhdudlaşdıran AŞPA Bakı əleyhinə yeni kampaniyaya start verib.
BUTA.TV xəbər verir ki, AŞPA “insan haqları və demokartiyanın pisləşməsi” kimi Qərbin artıq uzun onillərdir istismar etdiyi ənənəvi “təzyiq formasından” Azərbaycana qarşı növbəti istifadəyə başlayıb.
Sabah saat 16:00-dan 19:00-dək keçiriləcək iclasda müzakirə edilməsi nəzərdə tutulan mövzu ilə bağlı “səsvermə”də 306 deputatdan cəmi 119 deputat iştirak edib ki, onların da 33-ü bu müzakirəyə qarşı çıxıb, 5 deputat isə bitərəf qalıb.
“Turan”ın məlumatına görə, Gürcüstan nümayəndəsi Givi Mikanadze Azərbaycan nümayəndələrinin iştirakı olmadan müzakirələrin məqsədəuyğun olmadığını bildirib. O, bu vəziyyətin müzakirəsi üçün Azərbaycanın yeni seçilmiş parlamentinin nümayəndələrilə birbaşa əlaqə qurmağı təklif edib. Buna baxmayaraq, AŞPA rəhbərliyi bu təklifi dəyərləndirməyi “lazım bilməyib”.
Qeyd edək ki, 2024-cü ilin yanvar sessiyasında Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında səlahiyyətləri təsdiqlənməyib. Bu qərardan əvvəl isə Azərbaycan nümayəndə heyəti AŞPA-nın ədalətsiz yanaşmalarına və ikili standartlar tətbiq etməsinə etiraz olaraq, bu qurumda fəaliyyətini dayandırıb.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət