Rus hərbçilər kazarmanın əmlakını Voskepardan (Əskipara - red.) köçürür.
BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, bu barədə erməni jurnalist Oskan Sərkisyan açıqlayıb.
"Voskepar kəndinin inzibati ərazisində dövlətlərarası avtomobil yolunun kənarında TIR-lar var. Dağılmış rus kazarmalarının modulları daşınır. Voskepar sakinləri bu modulların hara köçürüldüyünü bilmir. Onların Ararata və ya Rusiyaya köçürüldüyü deyilir", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Rusiya hərbçiləri 2021-ci il avqustun əvvəlində Qızıl Hacılı kəndinə yerləşiblər. Onlar əvvəlcə kəndin kənarındakı tərk edilmiş evlərin birində yaşayırdılar, sonra yığma modullardan kazarma tikdilər. Bənzər kazarma Berd icmasının Aygepar kəndində, keçmiş kiçik hava limanının ərazisində də yığılıb. Azərbaycanla sərhədin həmin hissəsində demarkasiya işlərində rus hərbçilərinin iştirak etməli olduğu güman edilirdi, lakin onlar bu prosesdə iştirak etməyiblər.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət