İrəvan hakimiyyəti ölkədə demokratik inqilab başlayacağı halda ABŞ və AB-nin simasında dünya birliyinin mütərəqqi qüvvələrinin köməyinə gələcəyi təqdirdə, ölkə ərazisini İrana qarşı mümkün müdaxilə üçün tramplin kimi istifadə etməyə razılıq verib.
Bu sözləri BUTA.TV-a rusiyalı ekspert Vitali Arkov ABŞ-ın Almaniyadan Ermənistandakı poliqona hərbi texnika köçürmək istəməsi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.
“Ümid edək ki, bu, sadəcə olaraq molla rejimini danışığa sövq etmək üçün silah nümayişidir. Bu, ABŞ-ın regionda təsirinin artmasıdırmı? - Əlbəttə! Başa düşmək lazımdır ki, bu, Rusiyanın razılığı ilə baş verir, çünki Ermənistan tarixən Kremlin geosiyasi maraqlar zonasının bir hissəsi olub. Və bu, yəqin ki, Vaşinqtonun bir müddət Ukraynanın bir hissəsi olan (Rusiyada onlar “yeni regionlar” adlanır) tarixi torpaqları üzərində Moskvanın nəzarətini tanıdığı ABŞ-la böyük razılaşmanın bir hissəsi kimi qəbul edilməlidir. Almaniyadan Ermənistana təhvil verilən hərbi texnika Amerika-Ermənistan birgə sülhməramlı missiyalarının həyata keçirilməsi üçün vacibiyyət kimi ictimaiyyətə təqdim olunacaq, çünki məhz bu “əfsanə” altında iki ordunun birgə hərbi təlimləri keçirilib və bundan sonra Amerika qoşunları Ermənistanda qalmaqda davam edir”, - o bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət