İranın ən böyük onlayn alış-veriş və satış platforması olan “Digikala” internet saytı Azərbaycan Respublikasının bayrağını ABŞ və İsraillə yanaşı düşmən ölkələr və qadağan olunmuş mallar siyahısına salıb və onun satışını qadağan edib.
BUTA.TV xəbər verir ki, bu barədə yerli sosial şəbəkələrdə məlumat yayılıb.
“Digikala”nın rəsmi səhifəsində ABŞ, İsrail və Azərbaycan kimi ölkələrin bayrağı və ya simvolu olan malların satışının qadağan olunduğu açıq-aydın qeyd olunub.
Siyahıda “düşmən” ölkələrlə əlaqəli bayraqların və ayrı-ayrı şəxslərin olduğu malların nəşri və təqdim edilməsinin qadağan edildiyi, bu malların İranın sisteminə zidd siyasi məqsədləri olduğu və bu səbəbdən satışının qarşısının alındığı bildirilir.
İŞİD və Taliban kimi qruplarla yanaşı, Azərbaycanın da bu siyahıya salınması sosial şəbəkə istifadəçilərin geniş reaksiyası ilə üzləşib.
- Kim deyər ki, mayın sonudur? - Video
- Proses başladı: bu şəxslər hərbi xidmətə aparılmayacaq
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır