“Maltes Herald” (The Maltese Herald) “Adnan Əhmədzadə Azərbaycanda neft dələduzluğuna görə həbs edilib” (Adnan Ahmadzada arrested in Azerbaijan over oil fraud) adlı məqalə yayıb. Orada bildirilir ki, Adnan Əhmədzadə “Alkagesta”nın arxasındakı gizli əl kimi tanınır. 2018-ci ildə yaradılmış bu şirkət 42 ölkədə fəaliyyət göstərir.
BUTA.TV xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.
“Alkagesta” Maltanın ən böyük neft şirkətidir və o, Maltanın Birzebbugadakı neft terminalından Rusiya neftinin Rusiyanın “Kölgə donanması” ilə daşınması üçün istifadə edib. Həmçinin Liviyadan alınan neftin ticarətində də bu şirkətin adı keçir. “Alkagesta” hazırda Avropa Birliyi və Böyük Britaniya səlahiyyətliləri tərəfindən saxta sertifikatlarla Rusiya neftinin Avropada satışına görə araşdırılır.
Gördüyünüz kimi, bu iş beynəlxalq skandala çevrilib. Və bu xəmir hələ çox su aparacaq”.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət