Sabah Nobel Sülh mükafatının qalibi elan olunacaq. Tramp ola bilərmi? Bəli, Tramp namizədlər arasındadır.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.
“Bəli, Trampın şansları Yaxın Şərq razılaşması elan olunduqdan sonra bir qədər artıb. Tramp, əlbəttə, razılaşmanın cümə gününədək, yəni qalibin elanından əvvəl baş tutması üçün əlindən gələni edib.
Bukmekerlərin məlumatına görə, Trampın şansı 2%-dən 6%-ə qalxıb, amma yenə də o, 5-ci yerdədir və birinci yerdə olan sudanlı xeyriyyə təşkilatından 25% geri qalır.
Komitə adətən qərarı öncədən qəbul edir və bu dəfə də qərarın 6 oktyabrda verildiyi bildirilmişdi. Amma tarixdə son gecə dəyişiklik edilən hallar da olub.
Norveç tərəfi bildirir ki, Tramp onlara çox güclü təzyiqlər göstərir, tarifləri qaldırmaqla hədələyir və s. Amma tarixdə belə presedentlər də olub. Məsələn, 2010-cu ildə mükafatı Çin dissidentinə (Lyu Syaobo) verəndə Çin hakimiyyəti çox qəzəblənmişdi. Pekin bu mükafatı "Çin məhkəmə sisteminə təhqir" adlandırdı və Norveçə qarşı geniş təzyiq kampaniyasına başladı. Sanksiyalarla hədələdi, diplomatik və ticarət əlaqələrini dondurdu, norveçli rəsmi şəxslərin ölkəyə girişinə qadağa qoydu, Çin nümayəndələrinin Osloda keçirilən mükafatlandırma mərasiminə qatılmasına icazə vermədi”, - ekspert bildirib.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət