Nümayiş etdirilmək üçün Çinə aparılan İrana məxsus tarixi və antik əsərlərin taleyi barədə məlumat yoxdur və onlar ölkəyə qaytarılmayıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran Tarix və İrs Assosiasiyasının rəhbəri Siyamək Səhhafi məlumat yayıb.
"Kaş ki, bu çətin şəraitdə ləyaqətli bir məsul şəxs ölkənin 211 dəyərli qədim əsərini Çindən geri qaytarmaq üçün təcili tədbir görərdi", - o deyib.
Səhhafi buna görə Mədəni İrs Nzirliyini tənqid edib və 2 il əvvəl Çinə aparılan tarixi əsərlərin geri qaytarılmamasına cəhd göstərilməməsini şübhəli adlandırıb.
Qeyd edək ki, bundan əvvəl bəzi qeyri-rəsmi şəxslər və media orqanları tarixi əşyaların Pekin muzeyinə satıldığı barədə iddialar səsləndiriblər.
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət