Bakının Nizami rayonu Keşlə qəsəbəsində 97 sakin təhlükəsiz əraziyə təxliyə olunub.
BUTA.TV xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr İdarəsinin əməkdaşı Pərviz Aslanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakının Nizami rayonu Keşlə qəsəbəsində kollektorda baş vermiş nasazlıq səbəbindən suyun təsirinə məruz qalmış ərazilərdə FHN-in müvafiq qüvvələri tərəfindən tədbirlər həyata keçirilir:
"Gecə saatlarında da qüvvələr tərəfindən fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hazırda olan məlumata görə, 97 sakin təhlükəsiz yerə təxliyə olunub. Hazırda FHN əməkdaşları ərazidə suyun çəkilməsi işlərini davam etdirir" .
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət