Son illər Xəzər dənizinin səviyyəsində azalma müşahidə olunur.
BUTA.TV xəbər verir ki, coğrafiya elmləri doktoru Əmir Əliyev bildirib ki, Xəzərdə suyun artıb-azalması onun "həyatının" əsas göstəricisidir.
Onun sözlərinə görə, dənizin su balansı əsasən daxil olan və çıxan suların nisbətindən asılıdır: suyun təxminən 80%-i çaylar və yerüstü axınlar, həmçinin yağıntılar və yeraltı sular hesabına formalaşır.
Azalma isə daha çox buxarlanma hesabınadır. Mütəxəssislər qeyd edirlər ki, Xəzər dənizində suyun artıb-azalması təxminən 200 ildən bir baş verir və son illər azalma daha çox müşahidə olunur. Bunun isə təxminən 2050-ci ilə qədər davam edəcəyi gözlənilir. Həmin tarixdən sonra isə prosesin əksini müşahidə edə bilərik.
Əmir Əliyev dənizin sahilində ev və ya hər hansı obyekt inşa edənlərə suyun səviyyəsinin artıb-azalmasını nəzərə almağı məsləhət görür. Çünki həmin tikililər bir müddət sonra su altında qala bilər.
Daha ətraflı Baku TV-nin süjetində:
- DYP-dən sürücülərə çağırış: Ehtiyatlı olun!
- Xankəndidə əlcək fabriki: Avropaya ixrac...
- 55 yaşlı kişi “Makarov”la tutuldu - Foto
- Yağış yağacaq, temperatur 6 dərəcə enəcək – Xəbərdarlıq
- Yağışlı hava ilə bağlı xəbərdarlıq
- Bakıya yağış yağır
- “İnsan yüz dəfə evlənib boşana bilər” – Aytən Səfərova göz yaşlarını saxlaya bilmədi
- “Holcim Azərbaycan”ın fəaliyyəti araşdırılsın! – Müraciət