Açılış bu tarixdədir - Rəsmilərin iştirakı gözlənilir

11:20 - 28 May 2026 - GÜNDƏM

 Açılış bu tarixdədir - Rəsmilərin iştirakı gözlənilir

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun iyunun 2-də rəsmi açılışı olacaq.

BUTA.TV” Gürcüstanın “Business Media” portalına istinadən xəbər verir ki, açılış mərasimi Axalkalaki Beynəlxalq Dəmir Yolu Stansiyasında baş tutacaq.

Bildirilib ki, Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində stansiyalar, körpülər, terminal, tunel və yarımstansiyalar tikilib. 235 km-ə qədər yeni yol çəkilib və Avropa standartlarına uyğun tamamilə yeni dəmir yolu infrastrukturu qurulub. 

Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən sınaq rejimində fəaliyyət göstərir. Dəmir yolunun texniki gücü ildə 5 milyon tondur. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon ABŞ dolları kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.

Bu xəbər hal-hazırda çox oxunur
Leyla və Arzu Əliyevalar Lənkəranda - Fotolar

Açılış mərasimində Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol